“Qızıl almayın”x9d -Qubad İbadoğlu

Hazırda oxunan: “Qızıl almayın”x9d -Qubad İbadoğlu

88521
Dünya bazarında bu məhsul ucuzlaşdığı üçün Neft Fondunun qızıl portfelinin gəlirliyi azalır.
 
Moderator.az xəbər verir ki, belə bir proqnozla iqtisadçı ekspert Qubad İbadoğlu çıxış edib. Ekspertin sözlərinə görə, hasilatın genişləndiyi dövrdə qızılın dünya bazarında ardıcıl ucuzlaşması şirkətlərin investisiya siyasətinə təsirsiz ötüşməyəcək:
 
“Dünya bazarında qızılın qiyməti sürətlə ucuzlaşmaqda davam edir. Son qiymət 1999-cu ildən bu yana ən aşağı həddə enib. Belə ki, qızılın unsiyasının (29,86 qrama bərabər çəki ölçüsü) qiyməti 1080 dollara düşüb. Bazarların qarşılıqlı təsiri qanununa uyğun olaraq, qızılla yanaşı digər əlvan metallar, gümüş, mis və platin də uclaşır.
 
Bizim iqtisadiyyatımız üçün qızılın və gümüşün qiymətində baş verənlərin təsiri digər qiymətli metallarla müqayisədə daha çoxdur. Buna səbəb Azərbaycanda bu metalların istehsal edilməsi və eyni zamanda Dövlət Neft Fondunun ehtiyatlarının bir hissəsini qızılla formalaşdırmasıdır”x9d.
 
Ekspert hesab edir ki, Azərbaycanın qızıl hasilatı ildən-ilə genişlənir:
 
“Bu işlə məşğul olan "Anglo Asian Mining plc" şirkəti hazırda “Gədəbəy”x9d və “Qoşa”x9d yataqlarından qızıl, o cümlədən digər qiymətli metallar çıxarır. Şirkət avqust ayından yeni “Qədir”x9d yatağında da əsas işlərə başlayacaq.
 
Hasilatın genişləndildiyi dövrdə qızılın dünya bazarında ardıcıl ucuzlaşması şirkətin investisiya siyasətinə təsirsiz ötüşməyəcək. Bununla yanaşı, formalaşmış tendensiya onun gəlirlərinin, eləcə də Azərbaycan hökumətinin hasilatdakı payının azalmasına gətirib çıxaracaq”x9d.
 
Ekspert hesab edir ki, qızılın qiymətində durğunluq yaranan ərəfədə yeni maliyyə aləti kimi qızıl külçələrinə investisiya qərarı strateji olaraq düzgün verilməyib:
 
“Digər tərəfdən də 2012-ci ildən aktivlərinin bir hissəsini qızıla investisiya edən Dövlət Neft Fondu bu ilin əvvəlinə qədər qızıl alışlarının ümumi həcmini 30 tona çatdırıb.
 
Beləliklə də 2014-cü ilin yekunlarına görə, Fondun vəsaitlərinin 3,1 faizi qızıl portfelində yerləşdirilib. Bu göstərici əvvəlki illə müqayisədə 0,2 faiz bəndi azdır. Lakin Fondun investisiya siyasətinə görə, qızıl portfeli ”“ investisiya portfelinin məcmu dəyərinin maksimum 5 faizinə qədər artırıla bilər. Hesab edirəm ki, qızılın qiymətində durğunluq yaranan ərəfədə və 2012-ci ilin sentyabrından etibarən enmələr müşahidə olunan dövrdə yeni maliyyə aləti kimi qızıl külçələrinə investisiya qərarı strateji olaraq düzgün verilməyib. Çünki dünya bazarında bu məhsulun qiymətinin ucuzlaşmasına görə Fondun qızıl portfelinin gəlirliyi ildən-ilə azalır.
 
Bununla yanaşı, Asiya və Sakit okean hövzəsi ölkələrinə aktivlərinin 13,54 faizini yerləşdirən Dövlət Neft Fondunun Çin səhm bazarında baş verən dəyişikliklər ərəfəsində bu ölkənin iqtisadiyyatına əlavə sərmayələr yönəltməsi də strateji yanışlıq olar.
 
Nəticədə Fondun itkiləri daha da arta və bu il üzrə vəsaitlərin idarə olunmasından əldə edilən gəlirlər əvvəlki ildəkindən (2014-cü ildə bu göstərici 493,7 milyon ABŞ dolları olub ki, bu da illik 1,33 faiz gəlir deməkdir) aşağı düşə bilər.
 
Odur ki, Fondu qızıl alışlarını dayandırmağa və Rusiya, Çin kimi həssas və böhranlı iqtisadiyyatı olan ölkələrə sərmayə qoymaq qərarından imtinaya çağırıram”x9d.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin