SOCAR BƏƏ ilə əməkdaşlığı genişləndirir

Hazırda oxunan: SOCAR BƏƏ ilə əməkdaşlığı genişləndirir

266075
SOCAR prezidenti Rövnəq Abdullayev aprelin 7-də Abu-Dabiyə işgüzar səfəri çərçivəsində Birləşmiş Ərəb Əmirliklərinin enerji və sənaye naziri Süheyl Məhəmməd Fərəc əl-Məzrui ilə görüşüb.

Bununla bağlı SOCAR-ın rəsmi saytı məlumat yayıb.

Görüşdə iki ölkə arasında enerji əməkdaşlığı imkanlarının genişləndirilməsi, BƏƏ-nin neft-qaz şirkətlərinin və Mubadala investisiya şirkətinin ölkəmizdə həyata keçirilən layihələrdə potensial iştirakı məsələləri müzakirə edilib.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər, eləcə də, neft sənayesinin hasilat, daşıma və emal sahələri üzrə layihələr ətrafında fikir mübadiləsi aparılıb.xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin