Ağ çörək, yoxsa qara - Hansı daha FAYDALIDIR?

Hazırda oxunan: Ağ çörək, yoxsa qara - Hansı daha FAYDALIDIR?

640228

Qida mütəxəssisi gündəlik qidalanmada tam taxıldan və ya çovdar unundan hazırlanan çörəyə üstünlük verməyi tövsiyə edib.

Bizim.Media xəbər verir ki, dietoloq Aleksandra Şepeleva “Podmoskovie seqodnya” nəşrinə açıqlamasında belə çörəklərin tərkibində daha çox qida lifinin olduğunu bildirib. 

Onun sözlərinə görə, liflər uzun müddət toxluq hissini qorumağa və bağırsaqların normal fəaliyyətinə kömək edir.

Bununla belə, dietoloq ağ çörəkdən tamamilə imtina etməyə ehtiyac olmadığını vurğulayıb.

“Çörəyin rəngi onun faydalılığını özü-özlüyündə göstərmir. Tünd çörəkdə həqiqətən daha çox lif ola bilər, amma tərkibinə baxmaq lazımdır. Bəzən məhsul səməni əlavə edildiyinə görə demək olar ki, qara görünür, halbuki tərkibində tam taxılın miqdarı az olur”, – deyə Şepeleva bildirib.

O, çörək alarkən etiketdəki tərkibə diqqət yetirməyi və ilk növbədə hansı növ unun göstərildiyini yoxlamağı məsləhət görüb.

Dietoloqun sözlərinə görə, keyfiyyətli undan hazırlanan ağ çörək də ölçülü şəkildə qidalanmada yer ala bilər. Əsas problem çox vaxt çörəyin rəngi deyil, onun həddindən artıq istehlak edilməsidir.

Şepeleva gündəlik istifadə üçün çovdar, tam taxıllı və ya tam taxıl unu əlavə edilmiş çörəklərə üstünlük verdiyini qeyd edib. Bununla yanaşı, insanın sevdiyi ağ çörəyi də rasionda saxlaya biləcəyini bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin