"Zəif komandalardan asan oyun gözləmək olmaz” - Qurban Qurbanov

Hazırda oxunan: "Zəif komandalardan asan oyun gözləmək olmaz” - Qurban Qurbanov

640263

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Zirə” ilə keçirilən yoxlama oyunundan sonra (3:1) matç haqda fikirlərini bölüşüb.

Bizim.Media xəbər verir ki, mütəxəssis qarşılaşmanın maraqlı keçdiyini və oyunun müəyyən hissəsində tempin rəsmi matçlardan fərqlənmədiyini bildirib.

“Pis oyun alınmadı. Bu matçda bütün futbolçulardan istifadə edə bilmədik. Yanımızda olan oyunçulara müəyyən yük verdik. Maraqlı qarşılaşma oldu. Oyunun 50-60 dəqiqəsi temp baxımdan heç də rəsmi matçlardan fərqlənmirdi".

Baş məşqçi daha sonra jurnalistlərin suallarını cavablandırıb.

- Renaldo Sefas Yamayka millisinin heyətində zədələnib. Onun vəziyyəti necədir?

- Sabah kluba qayıdacaq. Sabah günün ikinci yarısında tibbi müayinədən keçdikdən sonra vəziyyəti dəqiq biləcəyik.

- Çempionatda yaranan bu uzun fasilə komandaya necə təsir edəcək?

- Burada müsbət heç nə görmürəm. Heyətdə oyunçular azdır və normal hazırlaşa bilmirik.

Milliyə çağırılan futbolçular dörd oyun keçirirlər ki, bu da qısa müddət üçün çox böyük yükdür. Bu, təkcə bizə yox, digər komandalara da təsir edir. Bu, böyük problemdir. Sefas artıq dörd gündür qayıda bilmir. Halbuki formaya yeni düşməyə başlamışdı. Milliyə gedən digər futbolçuların da komandaya uyğunlaşması üçün daha çox vaxta ehtiyacı olacaq.

- Lixtenşteynlə oyunda (0:0) belə nəticə gözləyirdiniz? Sabah Litva ilə qarşılaşmadan nə gözləyirsiniz?

- Bu gün futbol elə səviyyədədir ki, zəif komandalardan asan oyun gözləmək olmaz. Hamı inkişaf edir. Futbolçuların və məşqçilərin beynəlxalq təcrübəsi artıb. Heç kim asanlıqla qələbə qazanmır. Əlbəttə, daha yaxşı nəticə görmək istərdik. Amma qarşıya baxmaq lazımdır.

Qarşıda daha iki oyun var və maksimum nəticə qazanmağa çalışmalıyıq. Mənfi fikirlərdən qurtulub meydana çıxmalıyıq. İnanıram ki, yaxşı nəticə əldə edə biləcəyik və mənfi düşüncələr geridə qalacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin