Marketlərdən 1400 manatlıq lotereya bileti oğurlayan şəxs SAXLANILDI

Hazırda oxunan: Marketlərdən 1400 manatlıq lotereya bileti oğurlayan şəxs SAXLANILDI

640225

Paytaxtın Səbail və Yasamal rayonlarında qeydə alınan oğurluq faktları ilə bağlı polis əməkdaşları tərəfindən tədbirlər keçirilib.


DİN-in Mətbuat xidmətindən Bizim.Media-ya verilən məlumata görə, Səbail rayonunda yerləşən marketlərə müştəri qismində daxil olaraq ümumilikdə 1 400 manat dəyərində lotereya biletləri oğurlamaqda şübhəli bilinən A.İlyasov müəyyən olunaraq saxlanılıb.

Yasamal rayonunda isə avtomobilin qapısının açıq qalmasından istifadə edərək nəqliyyat vasitəsinin salonundan mobil telefon və pul kisəsi oğurlamaqda şübhəli bilinən Ş.Rəhimov polis əməkdaşları tərəfindən saxlanılıb.

Hər iki faktla bağlı araşdırmalar davam etdirilir.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin