Leysan yağışlar Zaqataladan axan çaylarda suyun səviyyəsini artırıb, əraziyə texnikalar cəlb olunub.
Bizim.Media report-a istinadən xəbər verir ki, oktyabrın 1-i və 2-də rayon ərazisinə yağan güclü yağışlar dağ çaylarında suyun səviyyəsini xeyli artırıb. Nəticədə çaylarda sel təhlükəsi yaranıb.
"Lakin bunun qarşısını almaq məqsədilə dünən axşam saatlarından etibarən ən çox təhlükə yaranan Talaçay, Muxaxçay, Bəkməzçay və Sabunçu çaylarında idarənin ağır texnikaları vasitəsilə məcra tənzimləmə və bənd bərkitmə işləri aparılır. Hazırda bu istiqamətdə işlər davam edir", - məlumatda qeyd olunub.


Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
16:13 / 03.10.2026
Zaqatalada sel təhlükəsi: Çaylara texnikalar cəlb olundu - FOTO/VİDEO
Hazırda oxunan: Zaqatalada sel təhlükəsi: Çaylara texnikalar cəlb olundu - FOTO/VİDEO
Hazırda oxunan: Zaqatalada sel təhlükəsi: Çaylara texnikalar cəlb olundu - FOTO/VİDEO
640207
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































