Saçları fensiz düz saxlamağın ən rahat üsulu – yumamışdan qabaq bunları edin

Hazırda oxunan: Saçları fensiz düz saxlamağın ən rahat üsulu – yumamışdan qabaq bunları edin

640178

Saçları yuyandan sonra fenləyib düzləşdirmək mçox qadın üçün yorucu və bezdirici prosesdir. Xüsusən də işdən yorğun halda gəlib, duşdan sonra dincəlmək istəyəndə.

Bəs necə edək ki, saçı yuduqdan sonra quruyanda hamar olsun, fenə ehtiyac qalmasın?

Bizim.Media bunun üçün ən effektiv beş üsulu təqdim edir:

1.Yumaqdan əvvəl saçlarınızı darayın. Bu prosesə hələ duşa girməzdən əvvəl başlamaq tövsiyə olunur. Quru saçlarınızı – baş dərisi də daxil olmaqla – yumşaq bir daraqla ehtiyatla darayın. Bu, ölü dəri hüceyrələrini, toplanmış digər çirkləri təmizləməyə kömək edir. Həmçinin, saçlar quru olduqda dolaşıqları açmaq daha asandır. Yaş saçlar dartılmağa və zədələnməyə daha meyillidir, buna görə də əvvəlcədən daramaq duşdan sonra qarşılaşacağınız dolaşıqların sayını azaldır.

2.Əsas yuma prosesi üçün rahatlıq verən ilıq sudan istifadə edin; bu, artıq piy qatını effektiv şəkildə yuyub aparır və saç diblərinin təmizlənməsini asanlaşdırır. Çox isti su baş dərisinin quruluğunu və qıcıqlanmasını artıra bilər, buna görə də temperaturu yüksəltməyin heç bir faydası yoxdur.

3. Şampunu 3 dəfə tətbiq edin. Əsasən baş dərisinə və saç diblərinə yayın. Yaxalama zamanı saçın uzunluğu boyunca axan köpük adətən saçın qalan hissəsini təmizləmək üçün kifayət edir. Yuyarkən barmaqlarınızın ucları ilə dairəvi hərəkətlər edərək baş dərisini bir neçə dəqiqə masaj edin. Baş dərisini dırnaqlarınızla cızmayın. Bu cür masaj prosesi daha xoş edir və baş dərisində qan dövranını stimullaşdırır. Daha sonra şampunu yuyub təmizləyin və təmizləmə prosesini təkrarlayın.

4. Saç diblərinə losyon çəkin, evdə müxtəlif faydalı bitkilərdən dəmləmə şəklində istifadə edə bilərsiniz. Balzamı isə mütləq uclara, kiçik həcmdə çəkin.

5. Sonda saçınızı sərin su ilə yaxalayın. Bu, həm də saçların daha gec yağlanmasına xidmət edəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin