Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) İri Şəhərlərin Su Təchizatı Xidməti intensiv yağışlar zamanı gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.
Bu barədə Bizim.Media-ya İri Şəhərlərin Su Təchizatı Xidmətindən bildirilib.
Qeyd olunub ki, xüsusən payız və qış aylarında tullantı və yağış suları şəbəkələrinin daim təmizlənməsi intensiv yağışlar zamanı suların ətraf ərazilərdə toplanmasının qarşısının alınmasına müsbət təsir göstərir:
“Yağışlardan öncə verilən proqnoz əsasında sukanal idarələri həssas nöqtələrdə, təyin olunmuş yerlərdə fasiləsiz xidmət göstərərək suların ətraf ərazilərdə toplanmasının qarşısını alırlar.
Körpülərin altında, küçə və prospektlərdə, qəsəbədaxili ərazilərdə yağış sularının idarə olunması işləri intensiv aparılır.
Xətlərin açılması, suların çəkilməsi və mövcud xətlərə yönləndirilməsi işləri icra olunur. Proseslərə müxtəlif funksiyaya malik texniklar da cəlb edilib. Ərazilərin yağış sularından təmizlənməsi və axıntıların kollektorlara yönləndirilməsi istiqamətdə işləri davam etdirilir”.







Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
14:34 / 03.10.2026
Paytaxt küçələri yağış sularından belə təmizlənir – FOTO
Hazırda oxunan: Paytaxt küçələri yağış sularından belə təmizlənir – FOTO
Hazırda oxunan: Paytaxt küçələri yağış sularından belə təmizlənir – FOTO
640189
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































