Nərimanovda marketləri və vətəndaşları qarət edənlər SAXLANILDI

Hazırda oxunan: Nərimanovda marketləri və vətəndaşları qarət edənlər SAXLANILDI

640214

Bakının Nərimanov rayonunun müxtəlif ərazilərində marketlərdən, eyni zamanda bir nəfərin velosipedini, digər şəxsin isə 2 ədəd mobil telefonunun talanması barədə polisə məlumat daxil olub. 

Bu barədə Bizim.Media-da DİN-nin Mətbuat Xidmətindən bildirilib.

Nərimanov RPİ 17-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməlləri törətməkdə şübhəli bilinən V.Cəfərov, T.Cəfərov, S.Mahmudov və əvvəllər məhkum olunmuş D.Qasımov müəyyən edilərək saxlanılıblar.

Araşdırmalarla məlum olub ki, zərərçəkənlərə 5000 manatdan çox ziyan dəyib.

Faktlarla bağlı cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin