Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampdan Rusiyanın Starlink-ə analoq olaraq hazırladığı “Rassvet” peyk sisteminə qarşı sanksiyalar tətbiq etməsini istəyib.
Bizim.Media xəbər verir ki, Zelenski bu barədə “Financial Times”a müsahibəsində danışıb.
Onun sözlərinə görə, Rusiya Çinin dəstəyi ilə “Rassvet” adlı peyk rabitə sistemi üzərində işləyir. Sistem bu ilin sonuna və ya gələn ilin əvvəlində fəaliyyətə başlaya bilər.
Zelenski bildirib ki, yeni sistem Rusiya hərbçilərinə pilotsuz uçuş aparatlarının idarə edilməsini və zərbələrin dəqiqliyini yaxşılaşdırmağa imkan verəcək.
Ukrayna lideri bu səbəbdən Vaşinqtondan “Rassvet” sisteminin yaradılmasında iştirak edən Rusiya və Çin şirkətlərinin fəaliyyətinə məhdudiyyət qoyulmasını istəyib.
Bizim.Media

- A-
- A
- A+
Dünya
20:23 / 03.10.2026
Zelenski Trampdan Rusiyaya qarşı sanksiya tətbiqi İSTƏDİ
Hazırda oxunan: Zelenski Trampdan Rusiyaya qarşı sanksiya tətbiqi İSTƏDİ
Hazırda oxunan: Zelenski Trampdan Rusiyaya qarşı sanksiya tətbiqi İSTƏDİ
640238
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































