Milli komandaların oyunları ilə əlaqədar Misli Premyer Liqasında yaranan fasilədə hazırlığı davam etdirən "Qarabağ" və "Zirə" yoxlama oyununda üz-üzə gəlib.
Bizim.Media xəbər verir ki, “Azersun Arena”nın məşq meydançasında keçirilən matç Ağdam təmsilçisinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.
"Qarabağ"ın heyətində Aleksey Kaşuk dubl edib və Zakaria Savo fərqlənib. "Zirə"nin yeganə qolunu isə Dameyn Smit vurub.
Qeyd edək ki, hazırda Misli Premyer Liqasında "Qarabağ" 13 xalla 3-cü (5 oyuna), "Zirə" isə 10 xalla 5-cidir (6 oyuna).
Bizim.Media

- A-
- A
- A+
İdman
19:08 / 03.10.2026
"Qarabağ" "Zirə"yə qalib gəldi
Hazırda oxunan: "Qarabağ" "Zirə"yə qalib gəldi
Hazırda oxunan: "Qarabağ" "Zirə"yə qalib gəldi
640229
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































