“Sabah”dan ayrılan nigeriyalı futbolçu Oluvasen Timilehinin yeni klubu məlum olub.
Bizim.Media xəbər verir ki, 21 yaşlı hücumçu bundan sonra karyerasını Kosovoda davam etdirəcək. Timilehin “Ferizaj”a keçib. Bu haqda klubun mətbuat xidməti məlumat yayıb.
Nigeriyalı oyunçu yeni komandası ilə 3 illik müqaviləyə imza atıb.
Timilehin son illərdə əsasən “Sabah-2”nin heyətində çıxış edib. O, “Sabah”ın əsas komandasında cəmi 2 matçda meydana çıxıb. 2025-ci ildə isə hücumçu “İmişli”yə icarəyə göndərilib.
Bizim.Media

- A-
- A
- A+
İdman
17:51 / 03.10.2026
"Sabah"dan ayrıldı, Kosovo klubuna KEÇDİ
Hazırda oxunan: "Sabah"dan ayrıldı, Kosovo klubuna KEÇDİ
Hazırda oxunan: "Sabah"dan ayrıldı, Kosovo klubuna KEÇDİ
640220
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































