Ramil Şeydayev Slovakiyaya məğlubiyyətə görə üzr istəyib

Hazırda oxunan: Ramil Şeydayev Slovakiyaya məğlubiyyətə görə üzr istəyib

274581
Rusiyanın "Krılya Sovetov" klubunun və Azərbaycan millisinin hücumçusu Ramil Şeydayev Slovakiyaya böyükhesablı məğlubiyyətə görə azarkeşlərdən üzr istəyib.

Futbolçu bunu öz "Facebook" səhifəsində yazıb.

R.Şeydayev oyundan sonra müsahibə zamanı ağlaması ilə bağlı məsələyə də aydınlıq gətirib:

"Dünənki zəif oyunumuza görə üzr istəyirəm. Siz daha yaxşısına layiqsiniz. Müsahibədə ağlamamışam, tərimi silirdim".

Azərbaycan millisi iyunun 11-də AVRO-2020-nin seçmə mərhələsi çərçivəsində Bakıda Slovakiyaya 1:5 hesabı ilə məğlub olub. Matçda millinin yeganə qolunu Ramil Şeydayev vurub.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin