Azərbaycanlı jurnalistin oğlu intihar etdi

Hazırda oxunan: Azərbaycanlı jurnalistin oğlu intihar etdi

66365
AzTV-nin Gürcüstan müxbiri Şahismayıl Şəmmədoğlunun övladı intihar edib.
 
Bu barədə Publika.az-a Gürcüstanda yaşayan soydaşlarımız məlumat veriblər. Hadisə dünən baş verib.
 
Əməkdaşımıza intihar olayı ilə bağlı xəbər verən soydaşlarımızın  sözlərinə görə, Şahismayıl Şəmmədoğlunun Qardabani rayonunda yaşayan oğlu özünü tapançayla vurub. Onun bundan əvvəl valideynlərinə mesaj yazdığı bildirilir.
 
İntiharın səbəbləri məlum deyil. Hadisə baş verən gün gəncin valideynləri Bakıda olublar. İntihar edən şəxs Türkiyədə təhsil alırmış.
 
Hadisənin təfərrüatı araşdırılır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin