“Saxtakarlıq edən hər kəs qarşısında məni görəcək”x9d

Hazırda oxunan: “Saxtakarlıq edən hər kəs qarşısında məni görəcək”x9d

93082

Sabiq daxili işlər naziri İsgəndər Həmidov Moderator.az - la əlaqə saxlayaraq “Müsavat”x9d Seçki Blokundan 123 saylı Kəlbəcər Seçki Dairəsindən namizədliyinin irəli sürüldüyünü bildirib. 

İ.Həmidov qeyd edib ki, iki gün ərzində sənədlərini hazırlayıb 123 saylı Kəlbəcər Seçki Dairəsinə təqdim edəcək. O, fürsətdən istifadə edib saxtakarlığa hazırlaşanların ünvanına da ismarıc göndərib: 

“Mən İsgəndər Həmidovam. Saxtakarlıq edən hər kəs qarşısında məni görəcək. Onlar cəzasını da İsgəndər Həmidovdan alacaqlar."

Keçmiş nazir marafonun gedişində namizədliyinin geri götürülmə ehtimalından da danışıb:

"Mən yalnız bir halda namizədliyimi geri götürə bilərəm. Bu da yalnız o zaman ola bilər ki, Kəlbəcərin, kəlbəcərlilərin ağır günündə, məcburi köçkün həyatının ilk dönəmlərində onların imdadına yetişən Göygöl şəhər sovetinin keçmiş sədri İmamverdi Cəfərov həmin dairədən öz namizədliyini irəli sürsün. Yalnız bu halda namizədliyimi geri götürərəm. O, həmin ağılr günlərdə Göygöl şəhər sovetinin sədri ola - ola öz avtomobilinin arxasına çörək yığıb kəlbəcərlilərə çörək paylayırdı. Bu, 1993-cü ildə qaçqın həyatının məşəqqətləri altında əzilən kəlbəcərlilərin yaxşı yadındadır. Onun əmisi Təhməz Cəfərov da kəlbəcərlilərin ən ağır günündə onların yanında olub. Odur ki, mənim Cəfərovlara bir vəfa borcum var və əgər İmamverdi Cəfərov öz namizədliyini irəli sürərsə, mən öz namizədliyimi geri götürərəm”x9d.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin