Eleni Kunalakis: Ramil Səfərovun azad olunması Vaşinqtonda həyəcan doğurdu

Hazırda oxunan: Eleni Kunalakis: Ramil Səfərovun azad olunması Vaşinqtonda həyəcan doğurdu

82510
“Kim bunu yoluna qoyacaq - macarlar?

2010-cu ilin yanvarından 2013-cü ilin iyulunadək ABŞ-ın Macarıstandakı səfiri olmuş Eleni Kunalakis “Xanım səfir”x9d adlı dərc etdiyi memuarlarında Ramil Səfərov işinə də toxunub və bu məsələnin ABŞ-ın Macarıstana olan münasibətini dəyişdirdiyini bəyan edib. 

Oxu.Az-ın məlumatına görə, bu barədə yazı The Washington Post-da dərc olunub.

Macarıstanın baş naziri Viktor Orbanın hökumətini tənqid edən Kunalakisin sözlərinə görə, bu ölkədə “anti-semitizm güclənirdi, gənclərin əksəriyyəti iş üçün Qərbi Avropaya qaçırdılar”x9d.

Keçmiş səfir vurğulayır ki, buna baxmayaraq, Avropa İttifaqı və ABŞ, ümumilikdə dünyanın baş verənlərə reaksiyası çox zəif idi.

“Yalnız azərbaycanlı zabitin azad olunması Vaşinqtonda həyəcan siqnalı doğurdu. 2012-ci ilin sonunda Orban birdən azərbaycanlı zabit Ramil Səfərovu ölkəsinə göndərmək qərarına gəldi”x9d, - deyə, məqalədə bildirilir və həmçinin əlavə olunur ki, buna görə Ermənistan Macarıstanla diplomatik əlaqələrini kəsdi, Dağlıq Qarabağda isə vəziyyət gərginləşdi.

“Məgər onlar bilmirlər ki, onların bu hərəkəti müharibəyə səbəb ola bilər? Kim bunu yoluna qoyacaq - macarlar? Yox, macarlar bu işi qaydasına salmayacaqlar. Biz edəcəyik! Biz bu işi düzəltməli olacağıq!”x9d, - deyə, Kunalakisə zəng edən ABŞ dövlət katibinin müavini Mari Yovanoviç bildirib.

Kunalakisin sözlərinə görə, bu kiçik tryuk Macarıstanın iyirmi ilə yaxındır ki, davam edən ABŞ-ın strateji tərəfdaşı statusuna son qoydu.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin