“Azərbaycan Barak Obamanı I Avropa Oyunlarını izləməyə dəvət eləsin”x9d
Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri Əlisahib Hüseynov NED kimi təşkilatların çirkin “qara piar”x9d kampaniyasının zərərsizləşdirilməsi istiqamətində atıla biləcək addımlardan biri kimi öz təklifini verdi:
“İndi geopolitik vəziyyət elə bir şəkil alıb ki, hər bir dövlət başqa dövlətlərlə hansı münasibətlərdə olduğuna bir daha göz gəzdirməli, hətta lazım olsa əl gəzdirməlidir. Aləm dəyib bir-birinə. Dostumuzu tanıyırıq, amma dostumuzun dostundan zərbə alırıq. Düşmənimizi tanıyırıq, amma düşmənimizin düşmənindən zərbə alırıq. Qarışıq, absurd, xaotik bir vəziyyət yaranır. Bu vəziyyətdən çıxmaq da hər bir ölkə başçısından asılıdır. Bugün dünyanı bəzi QHT-lər, beynəlxalq təşkilatlar idarə etmir ki, onların “qara piar”x9d kampaniyalarının ümidinə qalaq. Onlar ancaq dövlətlər arasında ara qarışdırmağa, düşmənçilik toxumları səpməyə xidmət edirlər. Dövlət başçıları itirmək istəmədikləri enerji qaynaqlarını bir-birlərinə çox görməməlidirlər. Əks halda, heç biri qazanmayacaq. Belə bir məqamda böyük güclər dostlarına qarşı layiqli davranmalıdırlar. Yəni əsl DOST kimi.
I Avropa Oyunlarına sayılı günlər qaldığı bir məqamda biz əsl dostlarımızla düşmənlərimizi bir-birindən ayırd etmək üçün gərəkən addımları atmalıyıq. Bu mənada təklif edirəm ki, Azərbaycan ABŞ prezidenti Barak Obamanı Bakıya, I Avropa Oyunlarını izləməyə dəvət etsin. Belə olduğu halda, nə Con Kerri, nə də başqa məkrli qüvvələrin planları öz qüvvəsində qalar. Barak Obama Nobel sülh mükafatına layiq görülmüş prezidentdir. Azərbaycan və Türkiyə aprelin 24-də Çanaqqalada dünyaya barış mesajı verdilər. Növbəti sülh mesajı da Bakıdan, I Avropa Oyunlarını izləməyə gələn hər kəs tərəfindən bütün dünyaya ötürülə bilər. Barak Obama Azərbaycanda təşkil olunan nüfuzlu Avropa Oyunlarına gəlməklə, ABŞ-a qarşı səslənən bütün ittihamları aradan qaldıra bilər. Çünki bugün ABŞ xarici ölkələrin qapısında inqilab bayrağıyla dayanan bir dövlət statusu qazanıb və bundan bir çox ölkələr narazıdırlar. Yəqin ki, rəsmi Vaşinqton özünün dünyadakı imicinə öz əliylə zərbə vurmaq istəmir. Madam Azərbaycan Cənubi Qafqazın ən qüdrətli dövlətidir və artıq böyük güclər onunla da hesablaşırlar, deməli bu dəvəti qəbul etməmək üçün cənab Obamanın heç bir səbəbi qalmır”x9d

































































































