Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi magistral avtomobil yolunun Qobustan qəsəbəsindən keçən hissəsində çökmə baş verib.
Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) bildirilib.
Məlumata görə, hadisə Bakı istiqamətində yolun 55-ci kilometrliyində yerləşən kanal körpüsündə qeydə alınıb.
Körpünün bir aşırım tirinin qırılması nəticəsində ərazidə çökmə yaranıb. Hadisə yerinə dərhal agentliyin əməkdaşları cəlb olunub, təhlükəsizlik tədbirləri görülüb. Hazırda magistralın 54-cü kilometrindən 56-cı kilometrinədək hərəkət məhdudlaşdırılıb.
Nəqliyyat vasitələrinin hərəkəti alternativ olaraq qəsəbədaxili yan yola yönləndirilib.
Bildirilib ki, əraziyə agentliyin mütəxəssisləri cəlb olunub, hadisənin başvermə səbəbləri araşdırılır, dəymiş zərərin məbləği müəyyənləşdirilir. Hazırlanacaq təkliflər aidiyyəti qurumlara təqdim ediləcək və qısa müddət ərzində bərpa işlərinə başlanılacaq.
Qeyd edək ki, çökmə nəticəsində magistral yolda avtomobillərin sıxlığı müşahidə olunub.


Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
18:09 / 15.05.2026
Qobustanda magistral yol çökdü - FOTO- VİDEO
Hazırda oxunan: Qobustanda magistral yol çökdü - FOTO- VİDEO
Hazırda oxunan: Qobustanda magistral yol çökdü - FOTO- VİDEO
613371
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.


































































































