Qənirə Paşayeva Makedoniyanın türk kökənli naziri ilə görüşüb

Hazırda oxunan: Qənirə Paşayeva Makedoniyanın türk kökənli naziri ilə görüşüb

76518
Millət vəkili Qənirə Paşayeva Makedoniyanın türk kökənli naziri ilə görüşüb və Qarabağ həqiqətlərinin bu ölkədə daha geniş yayılmasına dəstək göstərməyə çağırıb.

Millət vəkili Qənirə Paşayeva Makedoniyanın türk əsilli dövlət naziri Furkan Çako ilə görüşüb. Qənirə Paşayeva onu bakan seçilməsi münasibəti ilə təbrik edib və ona Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları, minlərlə azərbaycanlını qətlə yetirməsi, soyqırım törətməsi, Xocalı, Qaradağlı, Bağanıs-Ayrım soyqırımları, minlərlə azərbaycanlını əsir və girov götürərək onlara qarşı amansız işgəncələr həyata keçirməsi, bu gün də onlarla Azərbaycan türklərinin Ermənistanda əsir və girov saxlanılması, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin, Avropa Şurası Parlament Assambleyasının 1416 saylı qətnaməsinin, İslam Konfransı Təşkilatı və digər beynəlxalq təşkilatların Ermənistandan işğal etdiyi Azərbaycan torpaqlarından çəkilməsini tələb edən qətnamələrinin yerinə yetirilməməsi barədə məlumat verib. Millət vəkili təkcə XX əsrin sonunda deyil, XX əsrin əvvəllərində də erməni terror təşkilatlarının, erməni silahlı dəstələrinin dinc Azərbaycan türklərinə qarşı soyqırımlar törətdiyini xatırladıb. Qənirə Paşayeva Ermənistanın bu gün də işğal etdiyi Azərbaycan torpaqlarında qurduqları hərbi mövqelərindən atəşkəs rejimini pozaraq sivil insanları, qadınları, uşaqları snayperlərlə hədəfə alaraq qətlə yetirməsi kimi vandalizm aktlarını da qeyd edib. Millət vəkili bildirib ki, dünyanın harasında yaşamasından asılı olmayaraq bütün türklər Ermənistanın törətdiyi bu kimi vandalizm aktlarını, erməni yalanlarını və Azərbaycan həqiqətlərini yaşadıqları ölkələrin ictimaiyyətinə və beynəlxalq ictimaiyyətə daha geniş çatdırılması üçün səylərini daha da artırmalıdırlar. Millət vəkili Azərbaycan həqiqətlərinin Makedoniya ictimaiyyətinə daha geniş çatdırılması istiqamətində bu ölkədə yaşayan türk kökənli insanların, bakanların, siyasətçilərin, aydınların öz səylərini daha da artıracağına inandığını dilə gətirib. Qənirə Paşayeva görüş zamanı dövlət nazirinə Azərbaycan həqiqətlərinə dair materiallar, kitablar və sənədli filmlər də təqdim edib və onu Azərbaycana dəvət edib. Azərbaycanı sevdiyini bildirən dövlət naziri Furkan Çakoyaxın zamanlarda Azərbaycana səfər etmək istədiyini söyləyib. O həm bir nazir kimi Azərbaycan və Makedoniya arasında iqtisadi, ticarət əlaqələrinin daha da artması üçün çalışacağını deyib və buna böyük potensial olduğunu bildirib. Azərbaycan sərmayələrini, işadamlarını Makedoniyaya cəlb etmək üçün çalışacağını deyən dövlət naziri Furkan Çako onlar üçün hər cür imkan yaradılacaq və dəsətək verəcəyik deyib. Makedoniyada yaşayan türklərlə bağlı da geniş fikir mübadiləsi aparılıb və Azərbaycan türkləri ilə Makedoniya türkləri arasında əlaqələrin və əməkdaşlığın daha da genişləndirilməsi istiqamətində ikitərəfli səylərin daha da artırılmasını vacibliyi vurğulanıb və bəzi layihələr ətrafında fikir mübadiləsi aparılıb. dövlət naziri Furkan Çako millət vəkili Qənirə Paşayevaya hər zaman Makedoniya türkləri ilə bağlı məsələlərə həssas münasibətinə və dəstəyinə görə təşəkkür edib. Azərbaycan həqiqətlərinin yayılması istiqamətində Azərbaycanın yanında olacağını vurğulayan Makedoniyanın Türk əsilli naziri dövlət naziri Furkan Çako millət vəkili Qənirə Paşayevanı

Makedoniyaya dəvət edib və özü də yaxın zamanlarda Azərbaycana gələcəyini söyləyib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin