Nazir Ağsuya gedir

Hazırda oxunan: Nazir Ağsuya gedir

59352
İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev oktyabrın 27-də Ağsuda Göyçay, Ağsu və Şamaxı rayonlarından olan vətəndaşlar ilə görüşəcək.

Məlumata görə, vətəndaşların qəbulu saat 11:00-dan etibarən Ağsu Şəhər Uşaq-Gənclər Bədii Yaradıcılıq Mərkəzində (Ünvan: Ağsu şəhəri, M.Ə.Rəsulzadə küçəsi, 252) keçiriləcək. 

Qəbula gəlmək istəyən vətəndaşlar qeydiyyata alınmaları üçün Nazirliyin [email protected] elektron poçt ünvanı və 493-14-56, 493-88-67 (21-05), (055) 257-60-90 nömrəli telefonlar (əlaqələndirici şəxs Elmar Hacıyev), Nazirliyin 195-2 Telefon Məlumat Mərkəzi, həmçinin Nazirliyin Dağlıq Şirvan regional bölməsi (Ünvan: Şamaxı şəhəri, H.Əliyev küçəsi, 23, əlaqələndirici şəxs Azər Qasımov, əlaqə telefonu:(02026)5-10-25, (050) 395-02-56, elektron poçt ünvanı: [email protected]) vasitəsilə müraciət edə bilərlər. 

Bununla yanaşı, vətəndaşlar Nazirliyin internet və facebook səhifələrində xüsusi olaraq yaradılmış “İqtisadiyyat və sənaye nazirinin şəhər və rayonlarda keçirilən qəbulu üçün müraciət” bölmələri vasitəsilə də qəbula yazıla bilərlər.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin