Cəbhədən xəbər var

Hazırda oxunan: Cəbhədən xəbər var

58429
Cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 11 dəfə pozulub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Moderator.az-a verilən məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının İcevan rayonunun Vozaşen kəndində yerləşən mövqelərdən Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi atəşə tutublar.

Ağdam rayonunun Şuraabad, Cəbrayıl rayonunun Mehdili, Tərtər rayonunun Çiləbürt, Füzuli rayonunun Aşağı Veysəlli kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Düşmən cavab atəşi ilə susdurulub.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin