“Proposional seçki sisteminin bərpası vacibdir”

Hazırda oxunan: “Proposional seçki sisteminin bərpası vacibdir”

55673

Son günlər Milli Məclisə seçkilərin proporsional əsaslarla keçirilməsi ilə bağlı səslənən fikirlərin sayı artmaqdadır. Belə ki, seçkilərin majoritar qaydada keçirilməsinin siyasi partiyaların inkişafı üçün heç bir sitimul vermədiyinə diqqət çəkən bəzi siyasilər, proporsional seçki sisteminin bərpasının çoxpartiyalı siyasi sistemin inkişafı baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğulamaqdadır.

Moderator.az-a açıqlamasında məsələyə münasibət bildirən Müsavat Partiyası Divanının üzvü, sabiq millət vəkili İkram İsrafil proporsional seçki sisteminə keçidin mühüm əhəmiyyət kəsb edə biləcəyini vurğuladı. İ.İsrafilin bildirdiyinə görə, Azərbaycanın proporsional seçki sistemi təcrübəsi var və bu təcrübə sözügedən seçki sistemin üstünlüklərini bir daha təsdiq edir: “Azərbaycanda proporsional seçki sistemi təcrübəsi var. Bütün dünyada siyasi partiyaların inkişafına sitimul verən amillərdən biri də proporsional seçki sistemidir. Bildiyiniz kimi biz də proporsional seçki sistemində iştirak etmişik. Hesab edirəm ki, proporsional seçki sisteminə keçid zəruri və vacibdir. Proporsional seçki sistemi siyasi partiyalar münasibətin kökündən dəyişilməsinə, eyni zamanda siyasi institutların formalaşdırılmasında və inkişaf etdirilməsində çox böyük önəmi var”.

İ.Israfilin bildirdiyinə görə, vaxtiylə YAP sıralarında da proporsional seçki sisteminə keçidin tərfdarları mövcud idi:

“Bizim deputatlıq dönəmimizdə hətta YAP-dan da proporsional seçki sisteminin bərpa olunmasını istəyənlər var idi. Bəziləri təklif edirdi ki, 50% majoritar, 50% proporsional olsun. Fazi məsələləri müzakirə mövzusu ola bilər. Lakin ümumilikdə proposional seçki sisteminin yenidən Azərbaycan gündəminə qaytarılması zənnimcə vacib amillərdən biridir”.

 

Seymur Əliyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin