Müdafiə naziri Naxçıvandakı vəziyyətdən danışdı

Hazırda oxunan: Müdafiə naziri Naxçıvandakı vəziyyətdən danışdı

48716
Müdafiə naziri Zakir Həsənov vəzifəsində olduğunuz qısa dövrdə görülən işlər barəsində danışıb. 

Moderator.az-ın məlumatına görə, general-polkovnik Zakir Həsənovun AzərTAc-a müsahibəsində Müdafiə Nazirliyi rəhbərliyinin döyüş bölgəsinə səfərləri və görülmüş tədbirlər nəticəsində düşmənlə təmas xətti boyu yerləşən hərbi hissələrin ehtiyat imkanları artırılaraq döyüş qabiliyyəti möhkəmləndirildiyini söyləyib:

“Nazirliyin tabeliyində olan bəzi hərbi hissələrin təşkilat-ştat strukturunun optimallaşdırılması həyata keçirilmişdir və bu proses indi də davam etməkdədir. Cəbhə bölgəsində yerləşən birləşmələrin müasir döyüş texnikası ilə silahlandırılması hərbi hissələrin atəş gücünü və manevr qabiliyyətini artırıb. Silahların yenilənməsi məqsədilə qoşunlara daha müasir minaatan, tank əleyhinə idarə olunan raket, daşınan zenit-raket kompleksləri və müxtəlif markalı qumbaraatanlar verilib”. 

Nazir qeyd edib ki, Hərbi Hava Qüvvələrinin aviasiya parkının və hava hücumundan müdafiə sistemlərinin, o cümlədən Hərbi Dəniz Qüvvələri gəmilərinin döyüş hazırlığının artırılması ilə əlaqədar tapşırıqlar yerinə yetirilib.

“Təyyarəçilərin uçuş hazırlığının təkmilləşdirilməsi məqsədilə uçuşların və praktiki atışların sayı artırılıb. Naxçıvan Muxtar Respublikasının hava hücumundan müdafiəsini təkmilləşdirmək, qoşunların nəqliyyat və tibbi evakuasiya ehtiyaclarını təmin etmək məqsədilə Əlahiddə Ümumqoşun Ordusuna aviasiya texnikası çatdırılıb”. 

Daha sonra Zakir Həsənov bildirib ki, döyüş mövqelərində yerləşən tibbi məntəqələrdə hərbi qulluqçuların müayinələrinin aparılmasını təmin etmək üçün səyyar diaqnostik laboratoriya, dağlıq şəraitdə hərbi qulluqçulara tibbi yardımın göstərilməsi üçün tırtıllı zirehli reanimobillər alınıb:

“Ağır yaralı və xəstələrə təcili tibbi yardım göstərilməsini təmin etmək üçün iki sanitar helikopter tam komplektləşdirilmiş və iki komplekt mobil hərbi hospital açılıb”. 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin