Moderator.az xəbər verir ki, bu barədə hərbi ekspert Üzeyir Cəfərov facebook hesabında məlumat verib.
Ekspert onu da bildirib ki, təyinat kollektivdə o qədər də müsbət qarşılanmayıb: “Xatırladım ki, MKHH-nın sabiq rəisi tibb xidməti polkovniki Firudin Qarabəyov uzun illər MN sistemində çalışıb və bir müddət bundan əvvəl MN-nin Hərbi Həkim Komissiyasının sədri vəzifəsində xidmət keçib”.
Nazir Zakir Həsənovun digər əmri ilə sabiq müdafiə naziri Səfər Əbiyevin dönəmində nazirliyin Ərzaq Xidməti rəisi olmuş, bir müddət bundan əvvəl isə ehtiyata tərxis edilmiş polkovnik-leytenant Malik Qurbanovun yenidən hərbi xidmətə çağırlımaqla bu vəzifəyə təyin edilib.



































































































