"Partlayış yerindən 30 metr aralıda Rusiya Müdafiə Nazirliyi hərbçilərinin olduğu kazarma yerləşir..."
Tuapsedə neft bazasında partlayışlar baş verib. Dronların hücumu barədə məlumat verilir...
Moderator.az xəbər verir ki, Rusiyanın Tuapse şəhətində "Rosneft"in neft bazasında böyük yanğın baş verib.
İlkin məlumata görə, onun ərazisində iki dron partlayıb. Neft bazasında partlayış barədə məlumatı şəhər administrasiyası təsdiq edib.
"28.02.2023-cü ildə saat 02:15 də Tuapse şəhəri, İndustrialnaya küçəsi ünvanında yerləşən neft bazasının ərazisində təsərrüfat tikilisində yanğın baş verib.
02:30-da sahəsi 200 kv m olan yanğın lokallaşdırılıb. 02:37-də açıq yanğın lokallaşdırılıb. 03:00-də yanğın tamamilə söndürülüb.
Neft tutarlarına xəsarət yetməyib. Neft məhsullarının dağılması baş verməyib. Zərərçəkən yoxdur.
Yanğının söndürülməsinə Rusiyanın Fövqəladə Hallar Xidmətindən 32 nəfər, 11 vahid texnika cəlb edilib", - Tuapse meriyası adminidtrasiyası mətbuat xidmətinin məlumatında deyilir.
Yerli sakinlər neft bazasının ərazisində bir neçə saniyə fərqlə iki partlayış baş verdiyini eşidib, yaxınlıqda yerləşən binaların pəncərələri yerindən qopub, "evlər silkələnib", "hər şey titrəyib", bunu "93.ru" nəşri məlumat verib.
ASTRA müstəqil jurnalistlər layihəsinin məlumatına görə, "neft bazasının ərazisi "iki müəyyən edilməyən uçuş aparatının" hücumuna məruz qalıb", qazanxana zədələnib, binanın yanında dərinliyi yarım metr olan iki çüxur aşkar edilib.
Partlayış yerindən 30 m aralıda Rusiya Müdafiə Nazirliyi hərbçilərinin olduğu kazarma yerləşir.
"Baza" və "Shot" Telegram-kanalları iddia edir ki, neft bazası pilotsuz uçuş aparatlarının hücumuna məruz qalıb və neft bazasından 100 m aralıya düşüb. Bu məlumatı "RİA Novosti" agentliyinin mənbəsi də təsdiq edib.



































































































