“İnsanlara təşəkkür etməyən Allaha da şükür etmiş olmaz..."

Hazırda oxunan: “İnsanlara təşəkkür etməyən Allaha da şükür etmiş olmaz..."

602605
 "Qarşı tərəfə təşəkkür etmək – içdən gəlməyən, kökü olmayan, əzbərlənmiş “çox sağol” və ya “Allah razı olsun” kimi ifadələrlə olmamalıdır..."
 
"Uca Allah insanlara dəyər verən, daima səmimi təşəkkürünü ifadə edən kəsləri Özü də sevər, insanlara da sevdirər..."
 
TƏŞƏKKÜRÜN DOĞRU FORMASI...
 
Təşəkkür – ədəb və əxlaqın ən üstün şöbələrindən biridir. Çünki təşəkkür etməyi gözəl şəkildə bacaran insan həm Allahı razı salmış olur, həm də qarşısındakı insana olan hörmətini ifadə etmiş olur, habelə onu sevindirir. Peyğəmbərimiz (ona Salam olsun) buyurmuşdur: “İnsanlara təşəkkür etməyən Allaha da şükür etmiş olmaz”. (Musnəd).
 
Lakin təşəkkür etmək – sadəcə “minnətli qalmamağın” ifadəsi hesab olunmamalıdır. Çünki təşəkkür adlı bir əməlin var olma səbəbləri əslində tamam başqadır.
 
İslam müdriklərinin sözlərinə nəzər yetirdikdə, insanlara təşəkkür etmək mövzusunda demək olar ki, heç bilmədiyimiz məsələlərin olduğunu görmüş oluruq:
 
1. Öyrənmiş oluruq ki, qarşı tərəfə təşəkkür etmək – içdən gəlməyən, kökü olmayan, əzbərlənmiş “çox sağol” və ya “Allah razı olsun” kimi ifadələrlə olmamalıdır. Yəni, istənilən gözəl söz və dua  içdən gəlmədikcə bir önəm kəsb etmir. Deməli, təşəkkürün əsas məqsədi var imiş: Qarşı tərəf bu ifadələrin sadəcə dildə deyil, içdən gəldiyini hiss etməlidir.
 
2. Öyrənmiş oluruq ki, təşəkkürün digər məqsədi – «xala xətri qalmasın» anlayışı deyil, aradakı münasibətləri möhkəmləndirməkdir. İçdən gəlməyən quru sözlər təşəkkürün yerini doldurmadığı kimi, insanlar arasındakı münasibəti də möhkəmləndirmir. Hətta zamanla süniliyin, qeyri-təbiiliyin yayılmasına səbəb olur.
 
3. Bununla yanaşı öyrənmiş oluruq ki, təşəkkür – həmçinin qarşı tərəfi sevindirməyə xidmət etməlidir. Peyğəmbərimiz (ona Salam olsun) demişdir: “Fərzlərdən sonra ən qiymətli əməl, bir müsəlmanı sevindirməkdir.” (Təbərani). Təşəkkürü əsirgəmək və ya doğru formada etməmək – qarşı tərəfin istənilən üstün dəyərlərdən soyumasına belə səbəb ola bilər...
 
Buna görə də, insanlara təşəkkür etməyən və bunu doğru şəkildə etməyən kəs -yuxarıdakı hədisdə də qeyd edildiyi kimi- Allaha da şükür etmiş sayılmaz. Uca Allah insanlara dəyər verən, daima səmimi təşəkkürünü ifadə edən kəsləri Özü də sevər, insanlara da sevdirər...
 
İslamevi.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin