"Bura Luqansk, Donbas deyil, bura Rusiyadır, daha belə yaşaya bilmirik..." - VİDEO

Hazırda oxunan: "Bura Luqansk, Donbas deyil, bura Rusiyadır, daha belə yaşaya bilmirik..." - VİDEO

585749
"Hər gün atəşlər baş verir, hamı daima qorxu altında yaşayır..."
 
"Bizi heç kim eşitmir, diqqət göstərmir, fevralın 24-dən bizə bir qəpik də yardım ödənilməyib..."
 
Rusiyanın Belqorod vilayəti sakini Putinə atəşlər altında ağır həyatdan şıkayətlənib...
 
Rusiyanın Ukrayna ilə sərhəd rayonunda yerləşən Belqorod vilayətinin Şebekino qəsəbəsi sakini Svetlana Krikovtsova Rusiya Federasiyasının prezidenti Vladimir Putinə videomüraciət edib və atəşlər altında ağır həyatdan şikayətlənib.
 
Moderator.az xəbər verir ki, bu barədə "Obozrevatel" nəşri məlumat yayıb.
 
Onun sözlərinə görə, Şebekinsk və Valuysk rayonları "bütün ölkənin əvəzinə əzab çəkir".
 
"Vladimir Vladimiroviç, biz Sizə səs vermişik, öz səslərimizi Sizə etibar etmişik, Sizə inanmışıq, etimad göstərmişik. Biz daha belə yaşaya bilmirik, - qadın deyir. - Atəşlər baş verir, yaralılar, həlak olanlar var, evlər dağıdılıb. Hamı daima qorxu altında yaşayır".
 
Qadın iddia edir ki, hər gün atəşlər baş verir, lakin insanlar işə getməyə məcburdur ki, ailələrini dolandırsınlar. Kimsə ev-eşiyini atıb başqa regionlarda əmək haqqından çox dəyərində kirayə mənzillərdə qalır.
 
"Bizi heç kim eşitmir, heç kim diqqət göstərmir. İnsanlar çıxılmazlıqdan dəli olur! Fevralın 24-dən bizə bir qəpik də yardım ödənilməyib. Biz Luqansk deyilik, biz Donbas deyilik, biz Rusiyayıq! Nədən bizi taleyin hökmünə buraxmısınız? Biz uşaqlarımızı necə dolandıraq?" - Krikovtsova suallar edir.
 
Bunun nədən baş verməsi və Ukrayna şəhər sakinlərinin özlərini necə hiss etməsi barədə qadın soruşmur. Videodan anlamaq olur ki, qadını daha çox məsələnin maliyyə tərəfi maraqlandırır.
 
Belqorod vilayəti müharibənin əvvəlindən atəşlərə məruz qalır. Oktyabr ayında yerli sakinlərə ölkənin digər, təhlükəsiz regionlarına köçmək təklif edilib. Yanvarın 10-da sonuncu atəşlər nəticəsində, KİV-lərin məlumatına görə, Şebekino qəsəbəsində altı nəfər zərər çəkib və 12 tikili dağıdılıb.
 
Bəzən kazuslar da baş verir. Bu günlər Belqorod vilayətinin Severnı yaşayış məntəqəsi rayonunda "KAB-20C" aviabomba ilə korrektə edilən "Forpost-RU" pilotsuz uçuş aparatı Ukrayna ərazisinə gedib çatmadan yerə düşüb. Dron elektrik xətləri üzərinə düşüb, naqilləri qırıb və qəsəbə işıqsız qalıb.
Xoşbəxtlikdən, zərərçəkən olmayıb.
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin