“Anamın ölümündən sonra 7 il qızıma ad günü keçirmədim, sonra ad günü tarixini dəyişdim...”

Hazırda oxunan: “Anamın ölümündən sonra 7 il qızıma ad günü keçirmədim, sonra ad günü tarixini dəyişdim...”

585018
“Qızımın 1 yaşında anam rəhmətə getdi, o xatirələri yenidən yaşamaq istəmirəm...”
 
 
“2022-ci ildə aprel ayının 18-də, doğum günümdə adımı daşıyan nəvəm dünyaya gəldi. Qızım İlahə Qismət “Dəmir yumruq” zəfər baletini yazdı və onun təntənəli şəkildə premyerası oldu. İlahə ötən il bir neçə layihənin də qalibi oldu. Yaxşı, xoş günlərimiz çox oldu. Amma 2021-ci ildə kədərli günlər də yaşadım. Bilirsiniz ki, Aztv-də rejissor çalışan bacım Arzu və həyat yoldaşı dünyasını dəyişdi. Ailəmizdəki itkilərə görə heç bir efirə çıxmadım, konsertlərdə iştirak etmədim. Buna görə hamı məni qınayır ki, niyə efirlərdə yoxsan?! Həmin qınaqlara görə pessimist həyatımdan çıxmaq istəyirəm. Konsertlər gözlənilir, həm də qızımın möhtəşəm layihəsi var, ola bilsin ki, onunla birgə həmin layihədə iştirak etdik”.
 
Bunu Moderator.az-a açıqlamasında xalq artisti Zümrüd Məmmədova deyib. 
“Ömrümün 25 ildən çoxunu vətənpərvərlik mahnılarına, ordumuza həsr etmişəm. Öz istəyimlə bu yolu seçmişəm. Allah mənə ömür versin ki, hələ uzun illər vətənin keşiyində bir əsgər kimi dayanım. Qanlı-qadalı günlərdə cəbhədə ifalar edirdim, başımızın üstündən güllələr yağırdı. İndiki kimi deyildiki hər cür şərait olsun. Birini tapanda, birini də tapmırdıq. İlk hərbi qadın müğənni oldum” deyə sənətkar bildirib.
 
Xalq artisti daha sonra ailəsi ilə bağlı etiraf edib.
“Mən Qubanın İkinci Nügədi kəndində dünyaya gəlmişəm. Orada oxuyub, boya-başa çatmışam. Qubada olan evimi o illərdə satdım. Çünki atam-anam dünyasını dəyişəndən sonra gəlib-getmədik. Hər dəfə gələndə onlar mənim yadıma düşürdü. O xatirələri yenidən yaşamaq istəmirdim. Hər dəfə o evə gələndə atamın yoxluğunu hiss edib, doyunca ağlayırdım. Atamı qəfildən itirdim. O vaxt İncəsənət Universitetinə dövlət imtahanı verirdim, xəbər gəldi ki, atanın səhhəti pisləşib. Beyninə qan sızmışdı. Bir neçə gün yaşadı. Qızımın 1 yaşı olanda da anam dünyasını dəyişdi. Qonaqların gəlməyinə yarım saat qalmış anam rəhmətə getdi. O həyatımda yaşadığım çox dəhşətli bir gün idi. 7 il qızıma ad günü keçirmədim. Hansı ad gününə gedirdiksə, tortun üstündəki şamları qızım üfürürdü. Uşaqda da travma qalmışdı. 7 ildən sonra qızımın doğum günü tarixini dəyişdim” deyə sənətkar bildirib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin