Azərbaycan Yaradıcılıq Fondunun dəstəyilə Rövşən Asifoğlunun “Qarabağlı Hüseynalı bəy”x9d xa0tarixi romanı çap edilib. Romanda tarixi şəxsiyyət Hüseynalı bəyin timsalında Azərbaycanın çarizm müstəmləkəsində olduğu son illər, eləcə də, Xalq Cümhuriyyətinin yaranması, süqutu və Azərbaycanın Sovet Rusiyası tərəfindən işğalı dövrlərində ermənilərlə və digər qonşu millətlərlə baş verən hadisələr, həmin dövrdə maarifçiliyin fədakarlıqla təbliğ olunması, yayılması, yerli insanların vətənpərvərliyi və şücaəti öz əksini tapıb.
xa0Eyni zamanda, Hüseynalı bəyin müasirləri olan bir sıra tarixi şəxsiyyətlər əsər boyunca işıqlandırılıb, həmin şəxsiyyətlər barədə əksər oxuculara məlum olmayan həqiqətlər və onların həyat hekayələri qələmə alınıb.
Qeyd edək ki, bu kitab Azərbaycan Yaradıcılıq Fonun çap elədiyi 8-ci kitabdır.xa0




































































































