Məkkədə baş verən faciədə ölənlərin sayı arta bilər

Hazırda oxunan: Məkkədə baş verən faciədə ölənlərin sayı arta bilər

97146
Bu gün Məkkədə - Mina dağında baş verən faciədə ölənlərin sayı arta bilər. Trend-in məlumatına görə, bu barədə Səudiyyə Ərəbistanının Vətəndaş Müdafiəsi Nazirliyinin məlumatında bildirilir.

Məlumatda qeyd olunur ki, hazırda ölən zəvvarların kimliyi müəyyənləşdirilir.

Qeyd edək ki, bu gün Məkkədə - Mina dağında yaranan izdiham nəticəsində 310 nəfər ölüb, 450 nəfər isə xəsarət alıb.

Qafqaz Müsəlmanları İdarəsinin beynəlxalq əlaqələr şöbəsinin müdiri Müqəddəs Payızov Trend-ə bildirib ki, azərbaycanlı zəvvarlarla telefon danışığı olub.

M.Payızovun sözlərinə görə, ölən və yaralılar arasında azərbaycanlılar yoxdur. Mina dağındakı hadisə azərbaycanlı zəvvarlar oradan ötüb keçdikdən sonra baş verib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin