Dünyanın ən bahalı 6 villası - FOTOLAR

Hazırda oxunan: Dünyanın ən bahalı 6 villası - FOTOLAR

93416

Xanadu 2.0

Siyahıdakı ən ucuz ev Bil Qeytsə məxsusdur. ( varidatı 67 milyard dollar)

Villa ABŞ-ınxa0 Vaşınqton ştatında yerləşir.

Qiyməti: 120.5 milyon dollardı.

Microsoftun yaradıcısı olan Qeytsin evi də yüksək texnikayla təchiz olunub. Villada musiqili su hovuzu, hər otaqda isə idarəedici cihazlar var. Bu cihazlar temperaturu, musiqini və işiqlandırmanı idarə edir.xa0

Blossom Estate

Sahibixa0 Ken Qriffindir (varidatı 4.1 milyard dollar)

Villa Floridanın Palm Biç şəhərində yerləşir. Qiyməti isə 130 milyon dollardı.xa0 (2012-ci ilin qiymətlərinə görə)

Məşhur investor okeanın sahilində ümumi sahəsi 3 hektara çatan ərazidə bu villanı tikdirib.

Broken O Ranch

Sahibi Stenli Kronkedir. ( varidatı 5 milyard dollar dollar)

Montana ştatının Avqusta şəhərində yerləşir. Villanın kataloq qiyməti isə 132.5 milyon dollardı. Lakin əslində neçəyə satıldığı açıqlanmır.

Montana ştatının qaydalarına uyğun olaraq, satilan mülkiyyətin dəqiq qiyməti heç zaman açıqlanmır. Sahədə böyük yaşayış villası, hovuz , 4500 baş mal-qara və geniş əkinçilik sahəsi var.

Ellison Estate

Sahibi Larri Ellison. (varidatı 43 milyard dollar)

Kaliforniya ştatının Vudsayt şəhərində yeləşir.

Ümumi dəyəri 200 milyon dollardı.

"Oracle" korporasiyasının təsisçisi və icraçı direktoru dünyada daşınmaz əmlakın ən ehtiraslı kolleksiyaçılarından biridir. Yapon üslubundaki ev 2004-cü ildə inşa edilib. Demək olar ki, 10 hektar ərazidə 10 yaşayış və kommersiya binaları, süni göl, çay evi, hamam və balıq hovuzu yerləşir.

Fair Field Estate

Sahibixa0 Ayra Rene (varidatı 6.5 milyard dollar)

Nyu york ştatının Saqaponak şəhərində yeləşir.

Dəyəri təxmini 248 milyon dollardı.

Villada xa0üç hovuz, 29 yataq otağı, 39 vanna otağı, idman zalı yerləşir. Həmçinin xa0Rene-nin sənət əsərlərinin sərgiləməsi uçün muzey də mövcüddur. Evin yaxınlığında beş tennis kortu və helikopter meydançası da var.

Villa Leopolda

Siyahıdaki ən bahalı ev isə Lili Safraya nəxsusdur. (varidatı 1.2 milyard dollar)

Fransada yerləşir. Dəyəri isə 750 milyon dollardı. (2008-ci ilin qiymətləri ilə)

Bankir Edmond Safranın dul arvadına məxsus villada 11 yataq otağı və 11 vanna otağı, çimərlik, zeytun, limon və sərv bağları var.xa0

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin