ABŞ-da məhkəmədə maraqlı hadisə yaşanıb. Belə ki, müttəhim hakimin sinif yoldaşı çıxıb.xa0
Moderator.azxa0 bildirir ki, köhnə sinif yoldaşlarının təsadüfən qarşılaşması Mayami şəhərində baş verib. Hakim Mindi Qleyzer qarətçilik və oğurluqda ittiham olunan sinif yoldaşını tanıyıb.
xa0
Hakim Artur Buta eyni məktəbdə oxuduğunu dedikdən sonra müttəhim emosiyalarını saxlaya bilməyib. Artur sinif yoldaşının hakim, özünün isə cinayətdə ittiham olunmasından utanıb və göz yaşlarını saxlaya bilməyib.
xa0
Artur əlləri ilə başını tutub ağlayarkən, hakim onun məktəb illərində çox yaxşı uşaq olduğunu qeyd edib. Hakim deyib: "O, məktəbdə ən yaxşı uşaq idi. Mən onunla futbol oynayardım. İndi isə görün nə baş verib".
xa0
Arturun qohumunun sözlərinə görə, o, alim və atlet olmaq istəyirdi. Lakin istifadə etdiyi narkotik maddələr onu cinayətə sürükləyib. Hakim Artura uğurlar arzulayıb və həyatını dəyişməyi diləyib.
xa0
Bundan sonra məhkəmə Arturu 44 min dollara zaminə buraxıb.










































































































