Bakıda satışa çıxarılan “Bentley”in qiyməti hamını ŞOKA SALDI – FOTOLAR

Hazırda oxunan: Bakıda satışa çıxarılan “Bentley”in qiyməti hamını ŞOKA SALDI – FOTOLAR

640160

Yerli avtomobil bazarında növbəti qiymət rekordu qeydə alınıb. Məşhur elan saytlarının birində satışa çıxarılan son model lüks avtomobilin qiyməti görənlərin təəccübünə səbəb olub.

Bizim.Media “yenisabah.az”a istinadən xəbər verir ki, Bakıda satışa təqdim olunan 2025-ci il buraxılışlı tam yeni "Bentley Continental GT Speed" modeli üçün nə az nə çox 455 000 avro, yəni təxminən 870 369 manat satış qiyməti müəyyənləşdirilib.

 

Paytaxtın mərkəzində lüks mənzil qiymətinə təklif edilən bu avtomobil boz ("Gravity Grey") rəngdədir və hibrid mühərriklə (4.0 L / 25.9 kWh) təchiz olunub. 782 at gücünə malik avtomobil tam opsiyalı komplektasiyada və "Akrapovic Titanium Exhaust" səs sistemi ilə təqdim edilir.


Astronomik qiyməti ilə diqqət çəkən bu elan sosial şəbəkələrdə və avtomobil həvəskarları arasında geniş müzakirələrə səbəb olub.






Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin