Daha beş stomatoloqun lisenziyasız fəaliyyət göstərdiyi AŞKARLANDI

Hazırda oxunan: Daha beş stomatoloqun lisenziyasız fəaliyyət göstərdiyi AŞKARLANDI

640487

Stomatoloji fəaliyyətlə bağlı cari ilin sentyabr ayı ərzində 7 protokol tərtib edilib. 

Bu barədə Bizim.Media-nın sorğusuna cavab olaraq Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzindən məlumat verilib. 

Bildirilib ki, onlardan 5-i İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsi ilə, 2-si isə 215.1-ci maddəsi ilə tərtib edilib.

"Ümumilikdə, sentyabr ayı ərzində 5 stomatoloq və 1 kosmetoloqun lisenziya olmadan özəl tibbi fəaliyyətlə məşğul olması faktı aşkar edilib. Qeyd olunan hallarla bağlı qanunvericilikdə nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi üçün müvafiq protokollar tərtib olunaraq aidiyyəti üzrə icraata göndərilib". 

Fəridə, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin