Putindən silahlı münaqişələri qızışdıranlara irad – VİDEO

Hazırda oxunan: Putindən silahlı münaqişələri qızışdıranlara irad – VİDEO

634136

Rusiya Prezidenti Vladimir Putin Bişkekdə keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammitində çıxış edərək dünya birliyini silahlı münaqişələrin qızışdırılmasının qarşısını almağa çağırıb.

Bizim.Media xəbər verir ki, o, bu cür halların dünya praktikasından tamamilə çıxarılması üçün səylərin birləşdirilməsinin vacibliyini vurğulayıb.

Onun sözlərinə görə, ŞƏT bu gün faktiki olaraq dünyanın ən böyük regional birliyidir və burada bəşəriyyətin yarısı yaşayır:

“Təşkilat ötən 25 il ərzində həqiqətən də böyük bir yol keçərək çoxqütblü dünyanın nüfuzlu mərkəzinə çevrilib.

Rusiya ŞƏT-in işinin səmərəliliyinin yüksəldilməsinə yönəlmiş səyləri dəstəkləyir.

Təşkilatın qarşısında duran əsas vəzifələrdən biri ticarətin gücləndirilməsidir. ŞƏT ölkələri ticarətdə milli valyutalardan getdikcə daha fəal istifadə edirlər və Rusiyanın təşkilatdakı tərəfdaşları ilə hesablaşmalarında milli valyutaların payı artıq 98 faizi ötüb”.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin