Rusiya ordusu Kiyevə zərbə endirdi: 3 ölü, 5 yaralı var - VİDEO

Hazırda oxunan: Rusiya ordusu Kiyevə zərbə endirdi: 3 ölü, 5 yaralı var - VİDEO

634121

Rusiya qüvvələrinin Kiyevə həyata keçirdiyi hücum nəticəsində 3 nəfər həlak olub, daha 5 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb. 

Bizim.Media xəbər verir ki, bu barədə Kiyev Şəhər Dövlət Administrasiyası (KŞDA) məlumat yayıb.

Bununla yanaşı, Kiyev Vilayət Hərbi Administrasiyasının (KVHA) məlumatına görə, hücum zamanı Borispol şəhərində 5 mərtəbəli yaşayış binasına ziyan dəyib.

Hadisə nəticəsində aralarında azyaşlı uşağın da olduğu 8 nəfərin xəsarət aldığı bildirilir.

Həmçinin şəhərdəki müəssisələrdən birinin də hədəfə alındığı qeyd olunur. Hücum nəticəsində 1 nəfər ölüb, 1 nəfər isə yaralanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin