Zelenski Aleksandr Kamışini vəzifəsindən AZAD ETDİ

Hazırda oxunan: Zelenski Aleksandr Kamışini vəzifəsindən AZAD ETDİ

634082

Ukrayna Prezidenti Volodimir Zelenski Aleksandr Kamışinin respublika rəhbərinin strateji məsələlər üzrə müşaviri vəzifəsindən azad edilməsi barədə fərman imzalayıb.

Bizim.Media xəbər verir ki, sənəd Ukrayna liderinin saytında dərc olunub.
 

Fərmanda deyilir: "Kamışin Aleksandr Nikolayeviç Ukrayna Prezidentinin strateji məsələlər üzrə müşaviri (ştatdankənar) vəzifələrinin icrasından azad edilsin".


İyulun 27-də jurnalist Oleq Çeslavski "Facebook" sosial şəbəkəsində bəyan etmişdi ki, Kamışin Ukrayna Silah İstehsalçıları Şurasına rəhbərlik edib. Bu şuraya Kiyev yaxınlığında Rusiya qoşunlarının zərbəsinə məruz qalan pilotsuz sistemlər sərgisini təşkil edən "Armada" assosiasiyası da daxil idi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin