100 yaşını iş başında qeyd etdi

Hazırda oxunan: 100 yaşını iş başında qeyd etdi

634133

Cənubi Afrikada 100 yaşlı həkim doğum gününü iş başında qeyd edib.

Bizim.Media xəbər verir ki, bu haqda “MedicalBrief” məlumat yayıb.

Məlumata görə, o, əqli cəhətdən ayıq-sayıq qaldığı üçün təqaüdə çıxmaq niyyətində olmadığını bildirib. Pretoriyadan olan otolarinqoloq Con Kallaqan 100 illik yubileyini xəstələri qəbul edərək keçirib.
 

O qeyd edib ki, gənclik illərində 80 yaşı qocalıq dövrü hesab edirdi, lakin indi 100 yaşına çatmasına baxmayaraq, özünü yaxşı hiss edir və sadəcə təqaüdə çıxmağı təsəvvürünə belə gətirə bilmir.


Kallaqan artıq cərrahi əməliyyatlar aparmasa da, xəstələri qəbul etməyə davam edir.(qafqazinfo.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin