Ali məktəblərin boş qalan plan yerlərinə və kolleclərə qəbul üçün ixtisas seçimi davam edir

Hazırda oxunan: Ali məktəblərin boş qalan plan yerlərinə və kolleclərə qəbul üçün ixtisas seçimi davam edir

634144

Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə, həmçinin tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyən abituriyentlərin ixtisas seçimi davam edir.

Dövlət İmtahan Mərkəzindən Bizim.Media-ya bildirilib ki, ixtisas seçimi sentyabrın 2-si saat 23:59-dək aparılacaq.

İxtisas seçmək hüququ olan abituriyentlər ali və orta ixtisas təhsili müəssisələrinin 20-dək ixtisas kodunu seçərək onlar.

 “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nə istədikləri ardıcıllıqla daxil edib təsdiqləməlidirlər.Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinin siyahısı “Abituriyent” jurnalının 7-ci nömrəsində, orta ixtisas təhsili müəssisələrinin qəbul aparılan ixtisaslarının siyahısı isə jurnalın 5-ci nömrəsində dərc olunub.

Tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul müsabiqəsində iştirak etmək üçün abituriyentlərin buraxılış (qəbul) imtahanında azı 50 bal toplaması, Azərbaycan dili (rus dili) və riyaziyyat fənlərinin hər biri üzrə isə minimum 10 bal toplaması tələb olunur. Xarici dil fənni üzrə bal məhdudiyyəti tətbiq edilmir.

“Abituriyent” jurnallarının elektron versiyalarını (PDF formatında) abiturient.az saytından əldə etmək mümkündür.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin