Azərbaycanda bu şəxslərin maaşı 35 faiz artacaq - BU TARİXDƏN

Hazırda oxunan: Azərbaycanda bu şəxslərin maaşı 35 faiz artacaq - BU TARİXDƏN

634081

Təhsilverənlərin təkrar sertifikatlaşdırması prosesinin müsahibə mərhələsinə başlanılır.

Bizim.Media xəbər verir ki, bu barədə “musavat.com”a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.
 

Bildirilib ki, təhsilverənlərin təkrar sertifikatlaşdırılması prosesinin müsahibə mərhələsinin keçiriləcəyi tarix və məkan barədə məlumatlar müəllimlərin şəxsi kabinetlərinə göndərilib. Namizədlər şəxsi kabinetlərinə daxil olaraq müvafiq məlumatlarla tanış ola bilərlər.


Qeyd edilib ki, 2 sentyabrdan etibarən təkrar sertifikatlaşdırma prosesinin müsahibə mərhələsi təşkil olunacaq. Test imtahanında keçid balı toplayan şəxslərin əmək haqqına 10 faiz, 51 bal və daha yüksək nəticə əldə edən şəxslərin əmək haqqına isə 35 faiz əlavə tətbiq ediləcək. Əlavələr müsahibə mərhələsində uğur qazanan müəllimlərin əməkhaqqına tətbiq olunacaq.

"Təkrar sertifikatlaşdırmanın müsahibə mərhələsində iştirak edəcək müəllimlər şəxsi kabinetlərində qeyd olunan tarix və məkana uyğun olaraq prosesdə iştirak etməlidirlər", - məlumatda qeyd olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin