Köhnə butulkalarda kvas qablaşdıran sex bağlandı - FOTO

Hazırda oxunan: Köhnə butulkalarda kvas qablaşdıran sex bağlandı - FOTO

634054

Gəncə şəhərində alkoqolsuz içki (kvas) istehsalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb.

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.
 

İstehsal müəssisəsinə baxış zamanı qida təhlükəsizliyi qeydiyyatından keçmədən, antisanitar şəraitdə fəaliyyət göstərdiyi, sanitar-texniki və sanitar-gigiyenik tələblərin pozulduğu müəyyən edilib.


Müəssisədə butulkaların yuyulması üçün müvafiq avadanlıqların və şəraitin mövcud olmadığı, istehsal edilən kvas məhsulunun dəfələrlə istifadə olunan, köhnə və çirkli plastik butulkalarda qablaşdırıldığı, işçilərin tibbi müayinədən keçmədiyi və digər nöqsanlar aşkarlanıb.

Nümunələr götürülərək laborator müayinələrə göndərilib. Faktla bağlı inzibati protokol tərtib edilib, məhsullar dövriyyədən çıxarılıb.









Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin