Şəkidə oteldə yanğın: 5 nəfər təxliyə olundu

Hazırda oxunan: Şəkidə oteldə yanğın: 5 nəfər təxliyə olundu

634107

Şəkidə oteldə yanğın olub, beş nəfər təhlükəsiz əraziyə təxliyə olunub.

Bizim.Media xəbər verir ki, avqustun 31-i axşam saat 23 radələrində Şəki şəhəri, M. Şəhriyar küçəsində Telman Tofiq oğlu Məcidova məxsus ikimərtəbəli "İSSAM" oteldə yanğın baş verib.

Yanğın nəticəsində otelin 1-ci mərtəbəsində 1 otağın yanar konstruksiyaları 15 m² sahədə yanıb.

Yanğın zamanı tüstülənmiş otaqlardan 5 nəfər yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub.

Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğının söndürülməsi üçün əraziyə Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və şəxsi heyətləri cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.  (Apa.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin