Seçkidə qalib gəlsə, hicab taxanları cərimələyəcəklər

Hazırda oxunan: Seçkidə qalib gəlsə, hicab taxanları cərimələyəcəklər

634114

Fransanın sağçı Milli Birlik (RN) partiyasının deputatı Jan-Filip Tanqi 2027-ci il prezident seçkilərinə dair diqqətçəkən açıqlamaları ilə gündəmə gəlib.

Bizim.Media xəbər verir, Tanqi BFMTV-də yayımlanan proqramda bu barədə danışıb.

Onun sözlərinə görə, Marin Le Penin RN-nin namizədi olduğu prezident seçkilərində partiya qalib gələrsə, hicab taxanlara cərimə tətbiq edilməsi planlaşdırılır.

“Biz mütləq İslam ideologiyasına qarşı mübarizə aparacağıq”, - deyə deputat bildirib.

Tanqi Parisin şəhərətrafı ərazilərindən birində böyüdüyünü və uşaqlıq illərindən bəri həmin ərazilərdə ciddi dəyişikliklər baş verdiyini söyləyib. O, Fransada hicab taxan qadınların sayının artmasından narahatlığını ifadə edərək bu vəziyyətin “nəzarətdən çıxdığını” deyib.

Xatırladaq ki, Fransada növbəti prezident seçkilərinin ilk turunun 18 aprel, ikinci turunun isə 2 may 2027-ci ildə keçirilməsi planlaşdırılır. Hazırkı Prezident Emmanuel Makron iki müddət prezidentlik etdiyi üçün seçkidə yenidən namizəd ola bilməyəcək.

Bizim.Media  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin