Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammitində iştirak etmək üçün Qırğızıstanın paytaxtı Bişkəkə gələn dövlət və hökumət başçılarının istifadə etdikləri xüsusi təyyarələrin siyahısı məlum olub.
Bizim.Media xəbər verir ki, liderlərin gəldiyi hava gəmiləri aşağıdakılardır:
Monqolustan Prezidenti Uxnaagiyn Xürəlsux — "Boeing 737-8 MAX"
Hindistanın Baş naziri Narendra Modi — "Boeing 777-300ER"
İran Prezidenti Məsud Pezeşkian — "Airbus A321-200"
Tacikistan Prezidenti Emoməli Rəhmon — "Boeing 787-8 Dreamliner"
Azərbaycan Prezidenti İlham Əliyev — "Boeing 767-300"
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev — "Boeing 787-800 VIP Dreamliner"
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan — "Airbus A330-243 Prestige"
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev — "Airbus A330-243"
Rusiya Prezidenti Vladimir Putin — "İl-96-300PU"
Belarus Prezidenti Aleksandr Lukaşenko — "Boeing 767-300ER".
Qeyd edək ki, Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammiti bu gün başlayıb.









Bizim.Media































































































