Rza Zərraba 3 nəfər hücum etdi

Hazırda oxunan: Rza Zərraba 3 nəfər hücum etdi

55518
Biznesmen Rza Zərrab qara plyonkalı avtomobili ilə İstinyədə küçədən keçərkən 3 məhəllə sakininin hücumuna məruz qalıb. ANS PRESS-in yerli mətbuata istinadən verdiyi məlumata görə, qapını aça bilməyən hücumçular avtomobilin şüşələrini yumruqlamağa başlayıblar. 

Məlumata görə, məhəllə sakinləri qara şüşəli “Mercedes”in məhəlləyə qız dalınca gəldiyini hesab ediblər. 

Rza Zərrabın arxa oturacaqda oturduğu avtomobilin sürücüsü maşını sürətlə hadisə yerindən uzaqlaşdırıb. 

Polis bölməsinə gedən Zərrab baş verənlərə görə şikayətçi olub və hadisəni törədən 3 nəfər polis tərəfindən saxlanılıb. 

Saxlanılan şəxslər avtomobildəkinin Rza Zərrab olduğunu bilmədiklərini, maşının şüşələrinin qara olduğunu deyərək səhv anlaşılma olduğunu bildiriblər. Zərrab isə həmin 3 nəfərdən şikayətçi olmayıb. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin