HƏMAS bir İsrail əsgərini əsir götürüb

Hazırda oxunan: HƏMAS bir İsrail əsgərini əsir götürüb

50298
Moderator.az xəbər verir ki, dünən HƏMAS-ın hərbi gücü sayılan Qəssam briqadası 1 İsrail əsgərini əsir götürdüyünü açıqlayıb.
 Qəzza əhalisi tərəfindən böyük sevinclə qarşılanan bu xəbər barədə rəsmi Tel-Əviv hələ də susur. Maraqlıdır ki, əsir götürülən Şaol Aronun yaxınları isə ondan "öldü"- deyə bəhs edirlər. Əsgərin facebook səhifəsində ailəsinə baş sağlığı mesajları yazan qohumları və dostları bu ölüm xəbərinə üzüldüklərini bildirir və mərhuma cənnət arzulayırlar.
 Belə görünür ki, İsrail rəsmiləri əsir düşmə faktını gizlətmək üçün Aronun ailəsinə övladlarının həlak olduğunu bildiriblər.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin