Avrokomissiya Filippinə yardım paketi ayırıb

Hazırda oxunan: Avrokomissiya Filippinə yardım paketi ayırıb

36509

Avropa komissiyası Filippinə yardım paketi ayırıb. Moderator.az-ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, komissiya Filippində “Xayan” tayfununun törətdiyi fəsadlar səbəbiylə 3 milyon avro dəyərində təcili yardım paketi ayırıb. Bu barədə komissiyanın inkişaf məsələləri üzrə nümayəndəsi Kristallin Georgiyevin bəyanatında deyilir. 

“Bu vəsaitlər ən çox zərər çəkmiş ərazilərin sakinlərinin ehtiyaclarının ödənməsinə xərclənəcək. Xüsusilə də, içməli su və tibbi ləvazimatlarla təchiz edilməsinə xərclənəcək”,- deyə vurğuladı. 

O qeyd edib ki, Avrokomissiya öz əməkdaşlarını əlavə yardım üçün ölkənin ehtiyaclarının öyrənməyə Filippinə göndərib. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin