Ruhani: "Müzakirəyə hazırıq"

Hazırda oxunan: Ruhani: "Müzakirəyə hazırıq"

34371

İran prezidenti Həsən Ruhani ölkəsinin mübahisə mövzusu olan nüvə proqramı ilə bağlı müzakirələrə hazır olduğunu deyib. Ruhani Nyu Yorkda jurnalistlərə açıqlamasında gizləməli heç nə olmadığını deyib. O, İranın ABŞ ilə münasibətlərə başlamada tədbirli olması gərəkdiyini qeyd edib. 
Dövlət başçısı həmkarı Barak Obama ilə əl verərək görüşməkdə özü üçün heç bir problem olmadığını deyib. 

İranın xarici işlər naziri Məhəmməd Cevat Zarif BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvü və Almaniyanın İranın nüvə proqramı ilə bağlı keçiriləcək görüşlər çərçivəsində dövlət katibi Con Kerri ilə görüşəcək. 
Toplantı 30 ildən çox bir müddətdə diplomatik münasibətləri olmayan Vaşinqton ilə Tehran arasında 6 ildən sonra keçiriləcək ən yüksək səviyyəli görüş olacaq. 

Moderator.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin