İsrail Qəzzaya yenə hücum etdi- DƏHŞƏTLİ FOTOLAR

Hazırda oxunan: İsrail Qəzzaya yenə hücum etdi- DƏHŞƏTLİ FOTOLAR

228470
İsrail Qəzzaya yenə hücum edib.xa0

1948-ci ildə İsrailin işğal etdiyi torpaqlarından qovulan fələstinlilərin Qəzza Zolağında martın 30-dan başladılan "Böyük Geri Dönüş" yürüşünün 11-ci cümə günündə yenidən İsrail əsgərlərinin atdığı göz yaşardıcı qaz bombaları səbəbiylə yüzlərlə insan yaralanıb.xa0

Moderator.az "RİA Novosti"-yə istinadən xəbər verir ki, Fələstin Səhiyyə Nazirliyinin rəsmi nümayəndəsi Əşrəf əl-Kidranın verdiyi məlumatda İsrail hərbçiləri ilə toqquşmalarda 2 fələstinlinin öldüyü, 500-dən çox insanın yaralandığı bildirilir.xa0

Returs agentliyinin verdiyi xəbərə görə isə, hadisə nəticəsində bir gənc atılan qaz bombası zamanı ağır yaralanıb. ABŞ səfirliyinin Qüdsə köçürülməsindən sonra fələstinlilərin iştirak etdiyi aksiya nəticəsində 100-dən çox fələstinli İsrail əsgərləri tərəfindən öldürülüb.xa0






Vasif Əlihüseyn

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin