Türkiyə İraqda istənilən əməliyyatlara hazırdır

Hazırda oxunan: Türkiyə İraqda istənilən əməliyyatlara hazırdır

228208
Ankara İraqın Qəndil bölgəsində əməliyyat aparmağa hazırdır.

“Anadolu” agentliyinin yaydığı xəbərə görə, bunu Türkiyənin DİN rəhbəri Süleyman Soylu bildirib.

“Qəndil bizim üçün əvvəllər olduğu kimi elə də uzaq hədəf deyil”, -deyə nazir NTV telekanalının efirində bildirib.

Nazirin sözlərinə görə, İraqın şimalında fəaliyyət göstərən PKK terrorçu qruplaşması Türkiyə üçün təhlükə yaradır.

“Qəndil olana qədər, Diyarbəkir terrorçulardan azad olmayacaq. Türkiyə bundan sonra Qəndildə baş verənlərə kənardan tamaşa etmək niyyətində deyil. Həmin dönəmlər keçmişdə qalıb. Bu gün Türkiyə istənilən ərazidə istənilən vaxt istənilən miqyasda əməliyyat həyata keçirə bilər ”, -deyə Soylu vurğulayıb.(oxu.az)

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin